2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 504 min 503 ton süd istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 3 min 76 ton və ya 0,6% artıb.
2023-cü ilin yanvar-mart aylarında bu göstərici 501 min 427 ton təşkil edib.