Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Polşa ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 11 593,12 min ABŞ dolları və ya 71,1 faiz artaraq 27 894,75 min dollar təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin iki ayında Azərbaycandan Polşaya 3 194,19 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 2 718,17 min dollar və ya 6,7 dəfə üstələyir.
Hesabat dövründə Polşadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 56,1 faiz və ya 8 874,95 min dollar artaraq 24 700,56 min dollar təşkil edib.
Cari ilin ilk iki ayında ölkənin ümumi ticarət dövriyyəsində Polşa ilə ticarətin payı 0,38 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,18 faiz bəndi üstələyir.