Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana 3 950 nəfər səfər edir.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 90 269 nəfər və yaxud 95,8 % azdır.
2021-ci ilin yanvar-fevral aylarında isə qonşu ölkə Azərbaycandan 7 088 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 211 665 nəfər və yaxud 96,8 % azdır.
Hesabat dövründə Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin ümumi sayı isə 1 il əvvələ nisbətən 93 % azalaraq 76 984 nəfər olub.(marja)