Bu ilin oktyabr ayında 1 litr zeytun yağının orta qiyməti 15.72 manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə 1.06 manat və ya 7,2% çoxdur.
2022-ci ilin oktyabr ayında zeytun yağının 1 litri 14.66 manat idi.
Yerli istehsal olan yağın bir litri 14.46 manat, xarici yağın qiyməti isə 17.40 manat təşkil edib.
İllik müqayisədə yerli yağ 1.27 manat, idxal olunan yağ isə 1 manat bahalaşıb.
Ötən ilin eyni dövründə yerli zeytun yağı 13.19 manata, idxal olunan zeytun yağı isə 16.40 manata satılırdı.