Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 166,9 milyon ton yük və 1364,0 milyon sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin Hesabatına istinadən xəbər verir.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,9 faiz, sərnişin daşınması isə 17,1 faiz artıb.
Yüklərin 56,7 faizi avtomobil, 30,8 faizi boru kəməri, 8,2 faizi dəmir yolu, 4,2 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,0 faizi avtomobil, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb