2022-ci il ərzində Azərbaycanda 71,3 min yeni iş yerləri açılıb.
Azərbaycanda ən çox maaşı bu sahədə çalışanlar alır – MƏBLƏĞ
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni iş yerlərinin 91,4 faizi özəl sektorda açılıb.
Yeni açılmış iş yerlərinin 80,2 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan MR, 19,2 faizi digər regionların, o cümlədən 3,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,0 faizi Şirvan Salyan, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Lənkəran-Astara, 1,2 faizi Mərkəzi Aran, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 8,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.