2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2 534,4 milyon manatlıq qida məhsulları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına əsasən apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, qida məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 80,6 milyon manat və ya 3,1% azalıb.
2022-ci ilin yanvar-iyun tarixinə bu göstərici 2 615 milyon manat təşkil edib.