2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 332,8 milyon manatlıq siqaret istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 87,6 milyon manat və ya 35,7% artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 245,2 milyon manat təşkil edib.