2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda tütün məmulatlarının qiymət indeksi 116.3% təşkil edib.
Eləcə də bax: Bu il Azərbaycanda sahələrdən yığılmış tütünün həcmi açıqlanıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Bu ilin noyabr ayında tütünn məmulatlarının qiymət indeksi əvvəlki aya nisbətən 100%, ötən ilin noyabr ayına nisbətən isə 118.5% olub.
Belə ki, Azərbaycanda tütün məmulatları 11 ayda ötən illə müqayisədə 16.3%, təkcə noyabr ayında isə ötən ilin müvafiq ayına nisbətən 18.5% bahalaşıb.