2024-cü ilin yanvar-fevral aylarında 846,3 ton tütün istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 710,8 ton və ya 6,2 dəfə artıb.
2024-cü ilin 1 mart tarixinə hazır məhsul ehtiyatı 481,6 ton təşkil edib.
Bu da əvvəlki illə müqayisədə 156,9 və ya 48,3% artıb.
2023-cü ilin 1 mart tarixinə hazır məhsul ehtiyatı 324,7 ton təşkil edib.