Azərbaycanda toyuq əti qiymətində bahalaşma qeydə alınıb.
FED,az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin oktyabr ayında toyuq ətinin orta qiyməti 5.87 manat, filenin orta qiyməti 8.93 manat, toyuq budunun qiyməti 4.65 manat, əlavə toyuq əti məhsullarının qiyməti 4.73 manat təşkil edib.
1 kq yerli toyuq əti 5.79 manata, toyuq filesi 8.41 manat, toyuq budu 5.69 manata satılıb.
Xaricdən idxal olunan 1 kq toyuq ətinin qiyməti 6.13 manat, toyuq filesi 9.48 manat, toyuq budu 4.27 manat olub. Əlavə toyuq əti məhsulları idxal edilməyib.
Əvvəlki illə müqayisədə orta qiymətlər üzrə toyuq ətində 2,4%, toyuq budunda və əlavə məhsullarda 2,9%, bahalaşma qeydə alınıb, lakin toyuq filesində 11% azalma olub.
Yerli məhsullar üzrə toyuq əti 1,4%, toyuq budu 2,9% bahalaşıb, filenin qiyməti 0,6% ucuzlaşıb.
İdxal olunan məhsullarda toyuq əti 6,1%, toyuq budu 0,1% bahalaşıb, filenin 1 kiloqramının qiyməti 17,6% ucuzlaşıb.