2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 603 min ton tikinti qumu hasil edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikinti qumu 239,4 min və ya 65,8% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 363,6 min ton təşkil edib.