2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 44 221,1 milyon kub metr həcmində xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 1 731,1 milyon kub metr və ya 4,1% artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici müvafiq olaraq 42 490 milyon kub metr təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.