Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtobuslarla 573 696,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 14,8% azdır.
Eləcə də bax: Azərbaycanda bu ilin 6 ayında - 40 Min Yeni İş Yeri Açılıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında avtobus nəqliyyatı ilə 673 624,4 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərindən 54 764,2 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-iyul aylarında taksi xidmətlərindən 26 343,3 min nəfər istifadə edib.
Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.