Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 334,7 mln. ədəd papiros və siqaretlər və 214 ton fermentləşdirilmiş tütün istehsal edib.
Eləcə də bax: Azərbaycanda bu siqaretlərin qiyməti - Bahalaşdı
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 2,4 dəfə artıb, fermentləşdirilmiş tütünün istehsalı isə 50% azalıb.
Qeyd edək ki, ölkədə yanvar ayında istehsal olunan tütün məmulatlarının ümumi dəyəri 78,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. (Apa)