2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 411 milyon manatlıq siqaret istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 107,2 milyon manat və ya 35,3% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 303,8 milyon manat təşkil edib.