Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 5 764,6 mln. ədəd papiros və siqaret və 3 513,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumiyyətlə, hesabat dövründə ölkədə 296,6 mln. manatlıq tütün məmulatları istehsal olunub ki, bu da illik ifadədə 13,5% çoxdur.
Yanvar-sentyabrda kənd təsərrüfatı sektoru çərçivəsində 4 717 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. (Apa)
Məhsul növləri |
2020-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq aylarına nisbətən, % |
Papiros və siqaretlər, mln. ədəd |
5 764,6 |
129,7 |
Fermentləşdirilmiş tütün, ton |
3 513,7 |
91 |