2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 732 milyon sərnişinə xidmət göstərib.
"Bakıda taksidən istifadə 14% azalıb"
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, sərnişinlərin 88 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1524,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 5,3 faiz və 19,9 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib sərnişin dövriyyəsi isə 20,7 faiz artıb.