Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 7 706,1 milyon manatlıq sənaye məhsulu istehsal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur.
Eləcə də bax: Azərbaycanın 2 aylıq makroiqtisadi göstəriciləri - AÇIQLANDI
İki aylıq sənaye istehsalının 1 966,6 milyon manatlıq hissəsi və yaxud 25,5%-i qeyri neft-qaz sənayesində formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 21,7% çoxdur.