2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 milyon 413,9 min ton sement istehsal edilib.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sement istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artıb.
Bu il Azərbaycanda qızıl istehsalı - 21%-Ə YAXIN AZALIB
"Tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 402,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz artmışdır. Dövr ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2 faiz, tikinti şüşəsinin istehsalı 29,7 faiz, beton istehsalı isə 21,7 faiz artmışdır",- hesabatda deyilir.
2023-cü ilin yanvar-may aylarında armatur istehsalı 39,7% azalaraq 121,5 min tona düşüb.
"Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-may aylarında 425,9 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı sahəsində 9,7 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 37,9 faiz azalma müşahidə olunmuşdur. 2023-сü ilin yanvar-may aylarında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 92,2 faiz artmış, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 32,3 faiz, armatur istehsalı isə 39,7 faiz azalmışdır",- Hesabatda bildirilir. (Marja)