2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 45,5 min ton şəkər və qənəd istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 26,1 min ton və ya 36% azalıb.
Ötən ilin yanvar-mart aylarında 71,6 min ton şəkər və qənd istehsal edilmişdi.
2024-cü ilin aprel ayının 1-nə hazır məhsul istehsalı 12,2 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 22,6 min ton, yəni 2,9 dəfə azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 34,8 min ton olub,