2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 454.2 hektar sahədən 8995 ton şəkər çuğunduru yığılıb.
Şəkər ixracı - 30 FAİZDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% və ya 2078 ton artıb. 2022-ci ilin yanvar-avqust aylarında 233 hektar sahədən 6917 ton məhsul yığılıb.
Qeyd edək ki, hesabat dövründə şəkər çuğunduru Biləsuvar (5265 ton), Şamaxı (2126 ton) və Hacıqabul (1604 ton) rayonlarından yığılıb. (Apa)