2020-ci ildə Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 759,6 mln. manat təşkil edib.
Eləcə də bax: Kafe-restoranlar - Açılır
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azdır. Təkcə ötən ilin dekabr ayında ictimai iaşə dövriyyəsi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 3,2 dəfə azalıb.
"Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır", - komitədən bildirilib. (Apa)