2023-cü ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,9 faiz artaraq 743,3 milyon manat olub.
Azərbaycanda içki istehsalı 39% artıb
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 faizi hüquqi şəxslərin, 49,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 28,4 faiz artaraq 372,9 milyon manat təşkil edib.