2022-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 176.4 mln. manata çatıb.
Eləcə də bax: Ən çox maaş alanlar bu sahələrdə - İŞLƏYİR
FED.az Banker.az-a istinadın xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda deyilir.
Komitənin məlumatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49.4%-i hüquqi şəxslərin, 50.6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə artaraq 86.1 mln. manat olub.