2025-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 355,4 min nəfər olmuş, onlardan 5 milyon 74,2 min nəfərini məşğul əhali təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025-ci il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 231,3 min nəfər olmuş, onların 49,7 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.
Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 864,2 min nəfər, qeyri-dövlət sektorunda isə 906,6 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 739,6 min nəfər çalışıb.