Azərbaycanda reklam fəaliyyəti və bazarın öyrənilməsi sahəsində çalışanların sayı və maaşları məlum olub.
Eləcə də bax: Azərbaycanda orta aylıq nominal əməkhaqqı - AÇIQLANDI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk yarısının yekunlarına görə, ölkədə reklam sahəsində təqribən 5 min nəfər - 5031 nəfər işləyir.
Bunların böyük hissəsi 4803 nəfər və ya ümumi işləyənlərin 95%-i özəl sektorda, qalan 228 nəfər dövlət sektorunda çalışır (böyük ehtimalla Dövlət Reklam Agenqtliyində çalışanlar, DSK bunu göstərməyib).
Bir il əvvəlki vaxtla müqayisədə dövlət sektorunda çalışanların sayı 7 nəfər, özəl sektorda 70 nəfər artıb. Ümumiyyətlə, son bir ildə reklam sahəsində çalışanların sayında cəmi 1% artım var.
Rəsmi məlumatlara görə, Azərbaycanda reklamçıların orta aylıq əmək haqqı 2 246 manatdır. Son bir ildə bu sahədə maaşlar cəmi 100 manat və ya 5% artıb.
Özəl sektorda çalışan reklamçıların maaşları 2251 manatdır. Son bir ildə bu sahədə maaşlar 80 manata yaxın və ya 3,8% artıb.
Əvəzində son bir ildə dövlət sektorunda çalışan reklamçıların maaşlarında 41% artım olub. Ötən il 1514 manat olan maaşlar bu il 2 137 manata yüksəlib.