2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 4,3% azalaraq 72 432,2 mln. manat, qeyri-neft ÜDM-nin həcmi isə 50 792,5 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatı 2023-cü ilədək pandemiyadan əvvəlki - Səviyyəyə Qayıdacaq
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qeyri-neft ÜDM-nin iqtisadiyyatdakı payı 70,1%-ə bərabər olub, bu da son 10 ilin maksimum göstəricisidir.
Qeyd edək ki, onillik dövr ərzində bu göstəriciyə ən yaxın rəqəm 2015-ci ildə qeydə alınıb. Həmin il qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı 69,3%-ə bərabər olub. (Apa)