2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48343,0 milyon manatlıq, o cümlədən 26472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21870,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvaroktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədənə rzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,9 faiz artıb.