2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 26556,5 ton pendir və kəsmik istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə pendir və kəsmiyin istehsalı 1,8% və ya 473,2 ton artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 26083,3 ton təşkil edib.
01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 56,3 ton olub.