2021-ci ilin yanvar ayında Azərbaycanın özəl sektorunda 12 min nəfər ixtisar edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə istinadən bildirir.
Komitənin məlmatına görə, 2021-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 684,4 min nəfər təşkil edib.
Onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 769,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 691,8 min nəfər olmuşdu. Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərirdi.
Beləliklə, təkcə yanvar ayında ölkədə işləyənlərin sayı 7,4 min nəfər azalıb.
Azalma əsasən özəl sektorda baş verib. Belə ki, ilin ilk ayında özəl sektorda çalışanların sayı 11,9 min nfəər azalıb.
Dövlət sektorunda çalışanlar isə 4,5 min nəfər artıb.