2023-cü ilin yanvar-dekabr aylarında ölkədə 27 022 ton kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2 288,7 ton və ya 9,3% artıb.
Ötən ilin yanvar-dekabr aylarında 24 733,3 ton kərə yağı istehsal edilmişdi.
Yanvar ayının 1-nə hazır məhsul ehtiyatı isə 116,3 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 32,3 ton, yəni 38,5% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 84 ton olub.