Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 495,2 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
Eləcə də bax: Ötən ay əhali ticarət şəbəkələrində bu qədər- Pul Xərcləyib
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10,1% azalıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə geyim əşyalarının istehlakı 27,9% azalıb.
Qeyd edək ki, yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 15,7%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub. (Apa)