Azərbaycanda may ayında ən çox bahalaşan və ucuzlaşan ərzaq malları açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma
makaron məmulatlarının,
vaflinin, peçenyenin,
manna yarmasının, unun,
toyuq ətinin,
kolbasa məmulatlarının,
balıq konservlərinin,
xamanın,
qatılaşdırılmış şəkərli südün,
pendirin,
kərə və bitki yağlarının,
almanın, armudun,
limonun,
çuğundurun, yerkökünün,
kartofun,
şəkər və şəkər tozunun,
konfetlərin,
qəhvə və kakao tozunun,
mineral suların,
meyvə şirəsinin, limonadın,
pivənin, arağın qiymətindədir.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 12,6 % TƏŞKİL EDİB
Ucuzlaşma isə əsasən
yumurtanın,
bananın,
çiyələyin,
xiyarın, pomidorun,
kələmin,
soğanın, sarımsağın,
göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edəki ki, 2022-ci ilin may ayında qeyri-ərzaq məhsulları əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən isə 7,1 faiz bahalaşıb.
Cari ilin may ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma
inşaat materiallarının,
parçaların,
geyim və ayaqqabıların,
mebellərin,
məişət cihazlarının,
minik avtomobilləri üçün ehtiyat hissələrinin,
toz şəklində sintetik yuyuсu vasitələrin,
sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.