Dövlət Statistika Komitəsi ölkədə orta aylıq əmək haqqının məbləğini açıqlayıb.
FED.az komitəyə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat olub.
Qeyd edək ki, əvvəlki ilin müvafiq dövründə, yəni 2021-ci ilin iyul ayının 1-ə ölkədə orta maaş 724,4 manat olub.
Bu ilə gəlincə isə, bir ay əvvəl ölkədə orta aylıq əmək haqqının məbləği 825,3 manat olub. Başqa sözlə, iyun ayında əmək haqları cəmi 1,8 manat artıb.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.