Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 642 minik avtomobili istehsal olunub.
Eləcə də bax: Bu il Azərbaycan bazarında 1 467 ədəd milli avtomobil - Brendi Satılıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə 11 ayda ölkədə minik avtomobillərinin istehsalı 20,8% azalıb. Təkcə noyabrda isə ölkədə 145 minik avtomobili istehsal olunub ki, bu da oktyabr ayı ilə müqayisədə 26,1% çoxdur. Dekabrın 1-nə anbarlarda 188 vahid hazır məhsul ehtiyatı qalıb.
Xatırladaq ki, minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır. Belə ki, cari ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. (Apa)