2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 627 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 2 085 ədəd və ya 4,3 dəfə azdır.
2023-cü ilin yanvar-aprel aylarında 2 712 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3,1 dəfə artaraq 831 ədəd təşkil edib.