2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda kolbasa istehsalı 35,6% artıb.
Eləcə də bax: Azərbaycanda bu il pivə istehsalı - 13% ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında ölkədə 13 min 527,8 ton kolbasa istehsal edilib.
Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,6% çoxdur. Təkcə iyul ayında 2011 ton kolbasa istehsal edilib.
2020-ci il avqust ayının 1-nə olan məluamat görə, 15,1 ton kolbasa məhsulu ehtiyatda qalıb.
Həmçinin qeyd edək ki, digər qida mallarında da artım qeydə alınıb. Belə ki, qaymaq xama istehsalında 7,2%, pendir və kəsmikdə 2,6%, kərə yağında 1,5%, çörək istehsalında 1,4% artım qeydə alınıb.