2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 48 min 990 hektar əkin sahəsində yazlıq kartof, 4 min 534.8 hektar ərazidə isə şəkər çuğunduru əkilib.
Azərbaycanda pambıq əkin sahələri - 10% AZALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kartofun əkin sahələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.4% və ya 5691 hektar, şəkər çuğunduru isə 8.6% və ya 427.5 hektar azalıb.
Qeyd edək ki, hesabat dövründə Qazax-Tovuz iqtisadi rayonunda 21 min 737.6 hektar, Lənkəran-Astara iqtisadi rayonunda 10 min 122.5 hektar, Quba-Xaçmaz iqtisadi rayonunda 4 min 46 hektar, Şəki-Zaqatala iqtisadi rayonunda isə 3 min 916.5 hektar kartof əkilib.
Əlavə edək ki, cari ilin ilk 5 ayında Şirvan-Salyan iqtisadi rayonunda 1258.4 hektar, Mərkəzi Aran iqtisadi rayonunda 792.9 hektar, Mil-Muğan iqtisadi rayonunda isə 428.8 hektar şəkər çuğunduru əkilib. (Apa)