2024-cü ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 60,4 milyard manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici, 2023- cü ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,6 faiz artım deməkdir.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,5 faiz artaraq 58,0 milyard manata bərabər olub.
Onun 45,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 592,3 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 31,6 manat çox vəsait xərcləyib.