Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb.
Qiymət artımı dayanmır – Mərkəzi Bank inflyasiya proqnozunu dəyişdi
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari ilin ilk dörd ayında infilyasiya birinci rüb ilə müqayisədə 0,1 faiz bəndi azalıb. Birinci rübdə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artmışdı.
Qeyd edək ki, bu ilin yanvar və yanvar-fevral aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artmışdı.













