2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 567,7 ton gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 105 ton və ya 22,7% artıb.
2023-cü ilin yanvar-fevral aylarında bu göstərici 462,7 ton təşkil edib.
01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 550,7 ton təşkil edib ki, bu da illik müqayisədə 374,7 ton və ya 3,1 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 176 ton olub.