Bu ilin yanvar-noyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 5 728,6 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatı - 4,3% Kiçilib
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 12,2% azalıb. Təkcə noyabr ayında əhaliyə 646 mln. manat həcmində qeyd olunan kateqoriya üzrə məhsul satılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 5,3% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 16,4%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Xatırladaq ki, azalma koronavirus pandemiyası səbəbindən sərt karantin rejimi çərçivəsində geyim dükanlarının bağlı olması ilə əlaqədardır. (Apa)