2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 45,1 milyon manatlıq geyim istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə geyim istehsalı 29,9 milyon manat və ya 39,9% azalıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 75 milyon manat təşkil edib.