Bu ilin oktyabr ayında Azərbaycanda fərdi kompüter və noutbukların qiyməti bahalaşıb, planşet kompüterlər isə ucuzlaşıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, 1 ədəd fərdi kompüter 1 255.90 manat, noutbuk 1 365.10 manat, planşet kompüter isə 391.28 manata satılıb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə fərdi kompüterlər 174.98 manat (16,2%), noutbuklar 106.09 manat (8,4%) bahalaşıb. Planşet kompüterlərin qiymətində isə 10.44 manat (2,6%) ucuzlaşma qeydə alınıb.
2022-ci ilin oktyabrında 1 ədəd fərdi kompüter 1 080.95 manata, noutbuk 1 259.01 manata, planşet kompüter 401.72 manata satılırdı.