2023-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 12728,9 milyon manat məbləğində vəsait yönəldilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,2 faiz artıb. İstifadə olunmuş vəsaitin 7482,0 milyon manatı və ya 58,8 faizi məhsul istehsalı sahələrinə, 4607,8 milyon manatı (36,2 faizi) xidmət sahələrinə, 639,1 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9839,7 milyon manatını və ya 77,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9293,3 milyon manatı və ya 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,4 faiz, büdcə vəsaitləri 40,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,2 faiz təşkil edib.