2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bakıda orta maaş 1172 manat yüksəldi – YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər və ya 1,2 faiz artaraq 1726,3 min nəfər olmuş, onlardan 898,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.