Builin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 760,9 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar ayına nisbətən 5,6% çoxdur.
Yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 14,4% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.










