2024-cü ilin yanvar-aprel ayında pərakəndə ticarət şəbəkəsində 8 milyard 693 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-aprel aylarına nisbətən 2,1% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.