2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 448 milyon manat vəsait xərclənib.
İlin əvvəlindən Azərbaycan Türkiyədən geyim idxalını - ARTIRIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.6% və ya 772 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin oktyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 965.1 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. (Apa)